Avropanın ən ucuz turizm istiqamətlərinin – SİYAHISI | Banco.az

Avropanın ən ucuz turizm istiqamətlərinin – SİYAHISI

"Price of Travel” portalının ənənəvi reytinqinə görə, Bolqarıstanın paytaxtı Sofiya şəhəri Avropanın ən ucuz turizm istiqaməti seçilib. 

Artıq 7 ildir ki, portal Avropanın 56 şəhəri arasında ucuz istiqamətləri seçməklə reytinq cədvəli hazırlayır. Burada, əsasən, turistin gündəlik xərcləri - üç dəfə yemək, şəhər nəqliyyatından iki dəfə istifadə, muzeyə bilet və digər amillər nəzərə alınır.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin reytinq cədvəlində birinci olan Sofiya şəhərinin günlük xərcləri 43,75 leva (24 dollar) təşkil edib. Reytinqdə sonrakı yerləri Krakov, Belqrad, Budapeşt, Sarayevo şəhərləri tutub.

Mənbə: Turizm.fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et