Müəllif: Tamara Mustafayeva, Banco.az
17-23 iyul tarixlərində gündəlik orta hesabla 1472 reys həyata keçirilən İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olub.
Banco.az xəbər verir ki, Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının 17-23 iyul tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.
Hesabata görə, İstanbul Hava Limanı bu dövrdə gündəlik orta hesabla 1472 uçuş həyata keçirməklə Avropanın ən işlək hava limanları arasında birinci yerdə qərarlaşıb.
İstanbul hava limanını gündəlik orta hesabla 1385 uçuşla Paris Şarl de Qoll, 1339 uçuşla isə Frankfurt hava limanları izləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!