Avropanın ən böyük iqtisadiyyatı nüvə enerjisindən imtina edir | Banco.az

Avropanın ən böyük iqtisadiyyatı nüvə enerjisindən imtina edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya son üç atom elektrik stansiyasını (AES) bağlamaq qərarını sabah həyata keçirəcək.

Banco.az xəbər verir ki, Almaniya daha əvvəl Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranı səbəbindən təxirə saldığı son üç AES-in bağlanması qərarını sabah həyata keçirəcək. Beləliklə, Avropanın ən böyük iqtisadiyyatında nüvə enerjisi istehsalına son qoyulacaq.

Qeyd edək ki, sözügedən AES-lər - Bavariyada Isar 2, Baden-Vürtemberqdə Neckarwestheim 2 və ölkənin şimal-qərbində yerləşən Emsland atom elektrik stansiyası keçən il ölkənin enerji ehtiyacının 6 faizini ödəyib.

Ölkədəki nüvə boşluğunun bərpa olunan enerji ilə doldurulacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram