Müəllif:Mehin Qasımova/Banco.az
Almaniya iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündə 0,1 faiz kiçilib.
Banco.az Bloomberg-ə istinadla xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarında öz əksini tapıb.
Rəsmi məlumatların iyul-sentyabr aylarında Almaniyada ÜDM-in 0,2 faiz azalacağını proqnozlaşdıran analitiklərin gözləntilərindən daha yaxşı olduğu ortaya çıxıb.
Buna baxmayaraq, ekspertlər hələ də avrozonanın ən böyük iqtisadiyyatı üçün tənəzzül risklərini görürlər.
Analitiklər bu azalmanı bir sıra amillərlə, o cümlədən faiz dərəcələrinin artması, xarici tələbatın azalması və regionda enerji xərclərinin artması ilə əlaqələndiriblər.
Bizi sosial şəbəkələrdən izləyin!!