Avropanın “arxa bağçası” Polşa iqtisadi güc mərkəzinə çevrilir – ARAŞDIRMA | Banco.az

Avropanın “arxa bağçası” Polşa iqtisadi güc mərkəzinə çevrilir – ARAŞDIRMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

NATO-nun şərq cinahındakı ən böyük ölkə olan Polşa sürətlə iqtisadi və hərbi güc mərkəzinə çevrilməkdədir.

1989-cu ildə kommunizmin süqutundan sonra ölkənin inkişafı heyrətamizdir. 2004-cü ildə Aİ-yə qoşulandan bəri Polşa iqtisadiyyatı Aİ-yə üzv olan ölkələrin əksəriyyətindən daha sürətli böyüyərək, ən aşağı işsizlik dərəcələrindən birinə malik altıncı ən böyük iqtisadiyyatına çevirib.

Bu barədə Banco.az-a açıqlama verən türkiyəli iqtisadçı- ekspert Ərsin Qocadədə bildirdi ki, böyük texnologiya mərkəzinə çevrilən Polşa hazırda “İntel”, “Wroclaw”  yaxınlığındakı çip istehsalı fabrikinə 4. 6 milyard dollar sərmaye qoymağı planlaşdırır:

“Bir çox Qərbi Avropa ölkələrindən fərqli olaraq, Polşa öz rifahını hərbi müdafiəyə sərmayə qoymaq üçün istifadə edib. O artıq NATO-nun tələb etdiyi ÜDM-in iki faizindən çoxunu təqribən 4 faizini müdafiəyə xərcləyib. Varşava yüksək səviyyəli müasir hərbi texnikaya, o cümlədən ABŞ istehsalı olan raketdən müdafiə sistemlərinə, Abrams tanklarına və F-35 döyüş təyyarələrinə sərmayə qoyub. İqtisadiyyatında əldə edilən sabitlik, ucuz işçi qüvvəsi, məhsuldar Polşa torpaqları və Polşa bazarı onu Avropanın birbaşa xarici investorları üçün vacib ölkəyə çevirir. Bunu sadəcə istehsal kimi düşünməyin. Logistika da bu proseslərin mühüm hissəsi olub. Bu gün biz asanlıqla deyə bilərik ki, Polşa istehsal və logistika sahəsindəki imkanları ilə təkcə Avropanın “arxa bağçası” deyil, həm də onun mühüm hissəsidir”.

Ekspert qeyd etdi ki, 2021-ci ildə gözləntiləri 6,8% üstələyən Polşa iqtisadiyyatı üçün 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra pisləşmə müşahidə olundu. Bunun iki əsas səbəbindən biri cəmiyyətdəki narahatlıq, ikincisi isə Polşa ixracatında Rusiyanın yeridir. 

“Polşadan Rusiyaya ixrac Polşanın ÜDM-nin təxminən 1,3%-ni təşkil edir. Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə ixracın 1/3 azalacağı gözlənilirdi. Təbii ki, digər tərəfdən Polşanın enerji baxımından Rusiyadan asılılığı bu prosesdə enerji xərclərini xeyli artırıb. Ümumiyyətlə, Polşa Aİ-də ən yüksək inflyasiyaya malik dövlətdir.Bütün bu mənfi proseslərə və təsirlərə baxmayaraq, Polşa Rusiya-Ukrayna müharibəsində Ukraynanın ən güclü dəstəkçilərindən biri olmaqda davam edir. Ölkədə çoxlu ukraynalı qaçqın var və o, yardım üçün çox mühüm logistik mərkəzi rolunu oynayır.Ümumilikdə, Polşa AB-yə üzv olduqdan sonra iqtisadiyyatın modernləşdirilməsi, işsizliyin azaldılması və həyat səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli irəliləyişlər əldə edib, beləliklə, iqtisadi sabitliklə davamlı artım tempinə nail olub”.

Qeyd edək ki, Polşa Mərkəzi və Şərqi Avropa ölkələri arasında ən çox birbaşa xarici sərmayə cəlb edən ölkədir, 2022-ci ildə təxminən 28 milyard dollar birbaşa xarici sərmayə cəlb edən ölkənin ümumi xarici kapital ehtiyatı 351,6 milyard dollara çatmışdı. Polşaya gələn birbaşa xarici kapitalın 80%-dən çoxu Aİ ölkələrindən gəlir və bir çox Avropa şirkətləri istehsallarını Polşaya köçürür.

Ən sərfəli kredit üçün müraciət et

Mebel sənayesi də Polşanın mühüm istehsal sahələrindən biridir. Polşa dünyada dördüncü, Avropada isə ikinci ən böyük mebel istehsalçısıdır. IKEA-nın hekayəsini oxuyanlar bilirlər ki, Polşa mebel istehsalçılarının IKEA-nın böyüməsində mühüm yeri var.

Polşa dünyanın ən çox ixrac etdiyi 22-ci ölkədir. Onun ən böyük ixrac tərəfdaşı Almaniya Polşa ixracının 28%-ni tutur. Sonra müvafiq olaraq, Çexiya 7%, Fransa 6%, İngiltərə 5% və Hollandiya 5% pay alır. Göründüyü kimi, Polşa ixracatında ətrafdakı Aİ ölkələri əhəmiyyətli çəkiyə malikdir.

Polşa əhalisi əhalisinin 18,4 milyonunu kişilər, 19,6 milyonunu isə qadınlar təşkil edir. Əhalinin 61 faizi şəhərlərdə, 39 faizi isə kənd yerlərində yaşayır. Əhalinin 98%-dən çoxu polyak mənşəlidir, digər etnik qruplara almanlar, ukraynalılar və belaruslar daxildir. Əhalinin 95%-i katolikdir.

Polşada valyuta avro deyil, zlotidir, lakin siz ödənişlərinizi avro ilə də edə bilərsiniz. Polşa dövləti istehsalatda innovasiyaların dəstəklənməsinə önəm verir. Sənaye 4.0 Platforması innovasiya layihələrinə təxminən 9 milyard dollar sərmayə qoyulub  və innovasiyaları inkişaf etdirmək saxlamaq üçün son bir neçə ildə 300-dən çox Ar-Ge mərkəzi yaradılmışdır. Polşa yüksək texnologiyalı məhsul ixracının ümumi ixracda payı 1990-cı illərdə 5%-olsa da, hazırda bu rəqəm 15%-ə yüksəlmişdir.

Azərbaycanın Avropaya qaz tədarükünün artırılması, həmçinin “yaşıl enerji”nin yeni infrastrukturlarla nəqli üzrə Avropa İttifaqı ilə  tərəfdaşlıq əlaqələri çərçivəsində Polşa şirkətləri ilə əməkdaşlıq üçün perspektiv istiqamətləri müəyyən edilib.  2008-ci ildə iqtisadi münasibətlər tariximizdə ilk dəfə olaraq Azərbaycan müsbət saldoya nail olub və iki ölkə arasındakı mal dövriyyəsi 166,9 milyon ABŞ dollarına çatıb. Azərbaycandan ixrac olunan məhsulun tərkibində neft və neft məhsulları üstünlük təşkil edir. Artıq uzun illərdən bəri əfsanə kimi görünən Bakı-Odessa-Brodı-Plotsk (Qdansk) neft kəmərinin texniki-layihə sənədlərini hazırlamaq üçün "Sarmatiya" konserni yaradılıb. Bu isə Polşanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətinin yaxın illərdə daha da artacağını göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et