Avropada təbii qazın qiyməti ucuzlaşıb | Banco.az

Avropada təbii qazın qiyməti ucuzlaşıb

Tamara Mustafayeva, Banco.az

Avropada qaz fyuçersləri ölkələrin enerji böhranı ilə mübarizəni dərinləşdirməsi nəticəsində demək olar ki, iki ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropada qaz fyuçersləri ehtiyat səviyyəsinin 86 faizə çatması və ölkələrin enerji böhranı ilə mübarizəni gücləndirməsi səbəbindən ötən həftə başlayan ucuzlaşmanı davam etdirərək yeni həftəyə 8 faizdən çox azalma ilə başlayıb və hazırda min kubmetr üçün 1 800 dollardan aşağı ticarət olunmaqdadır.

Qeyd edək ki, Almaniya, Böyük Britaniya və digər bəzi ölkələr Rusiya idxalından asılılığı azaltmaq, yerli enerji şirkətlərini xilas etmək və həm müəssisələr, həm də ev təsərrüfatları üzərindəki təzyiqləri yüngülləşdirmək məqsədilə qiymətləri qaldırmaq üçün milyardlarla avro xərcləməyi planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et