Avropada təbii qazın qiyməti 2021-ci ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

Avropada təbii qazın qiyməti 2021-ci ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada təbii qazın qiyməti 35 avrodan aşağı düşüb.

Banco.az xəbər verir ki, Avropada təbii qaz qiymətləri aşağı səviyyəli tələb və qaz anbarlarının doluluğuna görə 2021-ci ilin dekabrından bəri qeydə alınan ən aşağı səviyyəyə çatıb.

Avropanın əsas  virtual təbii qaz birjası olan Hollandiyada yerləşən TTF-də təbii qaz fyuçerslərinin qiyməti cümə gününün sonunda meqavat/saat üzrə 32,7 avroya düşüb.

Bununla da, enerji böhranından əziyyət çəkən Avropada təbii qazın qiyməti ötən 1,5 ildə ilk dəfə olaraq meqavat/saat üzrə 35 avrodan ucuzlaşıb.

Xatırladaq ki, qiymətlər axırıncı dəfə 16 dekabr 2021-ci ildə meqavat/saat üzrə 33,1 avro təşkil etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram