COVID-19 milyonlarla insana yeni vərdişlər qazandırdı. Virusun təsirlərinin 2021-ci ildə də davam etdiyini nəzərə alsaq, SensorTower sağlıq və fitnes tətbiqləri barədə yeni statistik məlumat paylaşıb.
Statistikaya görə, Avropada sağlıq və fitness mobil tətbiqləri üçün 545 milyon dollar xərclənib. Xərclərin 70% artdığını bildirən statistikada 2021-də də kəskin artım gözləndiyini vurğulayıb. 2019-cu ildə bu xərclər 320 milyon dollar olub. 2020-ci ildə mobil fitness tətbiqi Strava əsas yer tutub. Meditasiya tətbiqetmələrindən olan Calm və Headspace də populyarlığı artan mobil tətbiqlərdir.
App Store istifadəçilərinin sağlamlıq və fitness tətbiqləri üçün təxminən 393, Google Play Store istifadəçilərinin isə 152 milyon dollar xərclədiyi bildirilir. Koronavirus tətbiqləri arasında isə Almaniyadakı Corona-Warn-App çox istifadə olunub.
Sözügedən mobil tətbiqlərin ən çox yükləndiyi ölkələr arasında Rusiya birinci yerdədir. Almaniya və Türkiyə isə uyğun olaraq ikinci, üçüncü sıralarda yer alırlar.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!