Avropada qazın qiyməti rekord həddə yüksəldi | Banco.az

Avropada qazın qiyməti rekord həddə yüksəldi

Noyabrda Avropada qazın qiyməti 21% artarıb.

Banco.az xəbər verir ki, London ICE fyuçers birjasının məlumatlarına görə, qazın qiyməti 21% artaraq 1 min kubmetr üçün təxminən 521 dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin dekabrında Avropada qazın orta qiyməti 1 min kubmetr üçün təxminən 408 dollar olub. 

Bu artımın əsas səbəbləri soyuq hava şəraitində Avropa anbarlarından rekord miqdarda qazın çıxarılması, Rusiya Avstriyaya qaz tədarükünü  dayandırılması ilə bağlı bəyanatlar və ABŞ-ın “Qazprombank”a qarşı sanksiyaları olub.