Avropada qazın qiyməti 39 faiz artıb | Banco.az

Avropada qazın qiyməti 39 faiz artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Avropada qazın qiyməti İsrail-Fələstin münaqişəsi başlayandan bəri tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbilə 39 faiz artıb.

Banco.az xəbər verir ki, oktyabrın 6-da Hollandiyadakı TTF qovşağında qazın noyabr fyuçersləri 1 meqavat-saat üçün 38,2 avro olub.

Bu gün isə qazın meqavat-saat üçün qiyməti 53,1 avro səviyyəsinə yüksəlib. 

Qeyd edək ki, qazın qiyməti oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin başlaması fonunda ABŞ-ın enerji şirkəti "Chevron"un Şərqi Aralıq dənizindəki "Tamar" qaz yatağında hasilatı dayandırmasından sonra yüksəlməyə başlayıb.

Finlandiya və Estoniya arasında təbii qaz axınını təmin edən "Balticconnector" boru kəmərində aşkar edilən təzyiqin azalması səbəbilə klapanların bağlanması və kəmərin təmirinin 5 ay çəkəcəyinin açıqlanması da qiymətlərdə yüksəlişə səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram