Avropada qazın qiyməti 20%-dək artıb | Banco.az

Avropada qazın qiyməti 20%-dək artıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti, demək olar ki, 2070 ABŞ dollarına çatıb.

27 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 067,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 1 725,5 dollar) ilə müqayisədə 19,8% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et