Müəllif -Aida İsaq, Banco.az
Avropada neft məhsullarının qiymətləri kəskin artacaq.
Banco.az xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, bahalaşma Rusiya neft məhsullarına məhdudiyyətlərin qüvvəyə minməsindən sonra baş tutacaq. A.Novak ölkəsinin Aİ-nin sanksiyalarına cavab tədbiri olaraq neft və neft məhsullarının bu sanksiyalara qoşulan ölkələrə tədarükünü qadağan etməyi planlaşdırdığını xatırladıb.
A.Novak sanksiyalar fonunda Rusiya neft şirkətlərinin öz tədarüklərini Asiya-Sakit okean regionu, Afrika və Latın Amerikası ölkələrinə yönəldəcəyini qeyd edib.
Qeyd edək ki, Rusiya neft məhsullarının Avropaya idxalına qoyulan qadağa fevralın 5-dən qüvvəyə minir.
Bizi sosial şəbəkələrdən izləyin!!