Müəllif - Aida İsaq, Banco.az
Bazarlar inflyasiya risklərini yenidən qiymətləndirsə və iqtisadi vəziyyət gözləniləndən daha çox sərtləşərsə, mənzil qiymətlərindəki eniş sürətlənə bilər.
Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu məlumat verib. Avropa üçün iqtisadi görünüş hesabatını açıqlayan BVF, Avropanın bəzi mənzil bazarlarında artıq müəyyən dərəcədə ucuzlaşmanın hiss olunduğunu qeyd edib. Eyni zamanda mərkəzi bankların faiz dərəcələrini daha da artırması fonunda bu enişin sürətlənə biləcəyi vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!