Sloveniya koronavirus pandemiyası ilə əlaqədar karantin rejimini başa çatdıran ilk Avropa ölkəsi olub.
Ölkə hökuməti ötən gecədən etibarən epidemiyanın başa çatdığını elan edib.
Qeyd olunur ki, son iki həftə ərzində Sloveniyada yoluxanların sayı gündə 7 nəfərdən çox olmayıb.
Bu gündən etibarən Sloveniyaya gələnlərin karantinə alınması dayandırılır.
Qeyd edək ki, bu günə qədər Sloveniyada 1 464 nəfər virusa yoluxub, 103 nəfər ölüb, 322 nəfərin isə müalicəsi davam edir.
Trend
Bizi sosial şəbəkələrdən izləyin!!