Avropada ixtisarlar artır, on minlərlə insan işsiz qalıb | Banco.az

Avropada ixtisarlar artır, on minlərlə insan işsiz qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pessimist iqtisadi proqnozlar fonunda Avropa şirkətlərində ixtisarlar artmaqda davam edir.

Banco.az xəbər verir ki, Avropada son illərin ən yüksək inflyasiyası və Rusiya-Ukrayna müharibəsinin iqtisadi perspektivlərə təsirlərinin yaratdığı qeyri-müəyyənlik şirkətlərin ixtisar qərarlarını sürətləndirib.

Xüsusilə telekommunikasiya, informasiya texnologiyaları, avtomobil və pərakəndə satış sektorlarında bu ilin əvvəlindən sürətlənən ixtisar dalğası ən azı 140 min insanı təsir altına alıb.

Mərkəzi banklar tərəfindən faiz dərəcələrinin artırılmasına baxmayaraq, region ölkələrində inflyasiya qeyri-adi dərəcədə yüksək olaraq qalmağa davam etdiyi üçün pisləşən makroiqtisadi mənzərənin yaratdığı qeyri-müəyyənlik səbəbindən getdikcə daha çox şirkət xərcləri azaltmaq üçün işdən çıxarmaları artırmalı olub.

Cari ilin əvvəlindən bu yana demək olar ki, bütün sektorlara, xüsusən də texnologiya, kimya, bankçılıq, istehsal və avtomobil sektorlarına yayılan ixtisarlar nəticəsində minlərlə insan işsiz qalıb ki, ixtisar qərar verən şirkətlərə son olaraq İsveçin “Autoliv” (8 min), Finlandiyanın “Stora Enso” şirkətləri qoşulub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram