Müəllif: Mehin Qasımova/Banco.az
Yüksək faiz dərəcələrinin Avropadakı iqtisadiyyatlara təsiri və tənəzzül narahatlıqları bir çox şirkəti yenidən strukturlaşdırmağa və iş yerlərini ixtisar etməyə məcbur edir.
Banco.az xəbər verir ki, Avropada qeyri-adi inflyasiyanı azaltmaq üçün mərkəzi banklar təxminən iki ildir sürətli və kəskin faiz dərəcələrini artırıblar .
Pul siyasətinin sərtləşdirilməsi nəticəsində inflyasiya azalarkən, yüksək borclanma xərclərinin şirkətlər üzərində təzyiqi hiss olunmağa başlayıb.
Yüksək faiz dərəcələrinin ardınca artan tənəzzül narahatlıqları səbəbindən Avropanın demək olar ki, bütün sektorlarından olan şirkətlər, xüsusilə texnologiya,maliyyə, daşınmaz əmlak, media, telekommunikasiya , avtomobil və kimya sanayesi xərcləri azaltmaq üçün işdən çıxarmağa daha çox meyillidir.
Bu çərçivədə Avropada ilin əvvəlindən bəri davam edən işdən çıxarma qərarlarının sonuncusu Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçısı Nokia-dan gəldi. Şirkət 2026-cı ilə qədər 800 milyon ilə 1,2 milyard avro arasında qənaət etmək məqsədi ilə 14 minə qədər işçini ixtisar edəcəyini açıqlayıb.
Böyük Britaniyada yerləşən aerokosmik, mühəndislik və müdafiə şirkəti "Rolls-Royce" da yenidən strukturlaşdırmaq və səmərəliliyi artırmaq üçün 2000-2500 işçisi ilə yollarını ayırmaq qərarına gəlib.
Parisdə yerləşən "BNP PARIBAS" , vergi və konsaltinq şirkəti "KPMG", baş ofisi Almaniyada yerləşən kimya şirkəti "Lanxess", Finlandiyanın ağac materialları istehsalçısı "Fiskars" və İsveçrənin ən böyük bankı "UBS" son iki ayda işdən çıxarma qərarı verən əsas Avropa şirkətləri arasındadır.
İngiltərədə yerləşən telekommunikasiya şirkəti "Vodafone" xərcləri azaltmaq və böyüməni sürətləndirmək üçün qarşıdakı 3 ildə 11 min nəfəri işdən çıxaracağını açıqlayıb. Şirkətdə qlobal miqyasda təxminən 104 min insan çalışır. "Vodafone" mart ayında İtaliyada 1000, Almaniyada isə təxminən 1300 nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
"British BT" əməliyyatlarında daha az işçi qüvvəsinə ehtiyac duyması və rəqəmsallaşmanın artması ilə xərclərin azaldılması kimi səbəblərə görə 2030-cu ilə qədər 40 mindən 55 minə qədər işçi ilə yollarını ayıracağını bildirib. Bu rəqəm telekommunikasiya nəhənginin ümumi işçi qüvvəsinin 40 faizindən çoxunu ixtisar edəcəyi deməkdir.
"Telecom Italia" könüllü erkən pensiya proqramı vasitəsilə İtaliyada 2000 iş yerini ixtisar etməyi planlaşdırır, İsveç telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" isə xərcləri azaltmaq planının bir hissəsi olaraq dünya üzrə 8500 iş yerini ixtisar etmək qərarına gəlib.
İsveçrənin kompüter aksesuarları istehsalçısı "Logitech" mart ayında 300 nəfəri işdən çıxaracağını açıqlayıb.
İrlandiya-ABŞ ortaq informasiya texnologiyaları şirkəti "Accenture" martın sonunda qlobal iqtisadiyyatla bağlı narahatlıqlara görə 19 min nəfəri işdən çıxarmaq qərarına gəlib.
Baş ofisi Parisdə olan bank təşkilatı "BNP PARIBAS "2024-2026-cı illər ərzində 900 nəfəri işdən çıxaracağını açıqlayıb.
İsveçrənin bank nəhəngi "UBS", Credit Suisse-i aldıqdan sonra 3 min işçisini ixtisar etməyi planlaşdırdığını açıqladı.
Almaniyada yerləşən "Deutsche Bank" bir neçə il ərzində xərclərini 500 milyon avro azaltmaq üçün 800 nəfəri, Britaniyanın Standard "Chartered" bankı isə London, Sinqapur və Honq Konq ofislərindəki 100 işçisini işdən çıxarmaq qərarına gəlib.
İsveçin "Volvo" qrupu mart ayında Avropada avtobus istehsalını yenidən quracağını və 1600 işçini ixtisar edəcəyini açıqlayıb.
Avtomobil hissələri tədarükçüsü "Continental" 2027-ci ilin sonuna qədər Almaniyanın Gifhorn şəhərindəki müəssisəsindəki fəaliyyətini dayandıracağını və 450-900 işçinin təsirlənəcəyini açıqladı.
Elektrikli yük maşını istehsalçısı "Volta Trucks", tədarük zəncirindəki problemlər və maliyyə imkanları səbəbiylə iflas etməyə qərar verərkən, 850 işçisinin işini itirəcəyi açıqlayıb.
Fransanın pərakəndə satış şirkəti "Carrefour" 979 işçisini, Finlandiyanın ağac məhsulları istehsalçısı Fiskars 400 nəfəri, İngiltərənin qida çatdırılması şirkəti Deliveroo işçi qüvvəsinin 9 faizini təşkil edən 350 nəfəri işdən çıxaracağınıbildirib. Qida çatdırılması şirkəti Just Eat 1870 işçisini işdən çıxaracağını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!