Tamara Mustafayeva, Banco.az
Bu gün Avropada avro ilə yanaşı İngiltərə funt sterlinqindən Xorvatiya kunasına qədər bir çox valyutadan istifadə edilir. Ancaq minlərlə il öncə vəziyyət daha fərqli idi. Arxeoloqlar Avropada istifadə edilən ilk müştərək pul vahidinə dair araşdırma aparıblar. Nəticədə məlum olub ki, Avropalılar 5 min il əvvəl pul vahidi kimi üzük, qolbaq və hətta balta kimi bürünc metallardan istifadə edirmişlər.
Hollandiyada fəaliyyət göstərən Leiden Universitetinin tədqiqatçıları Orta Avropanın erkən tunc dövrünə aid arxeoloji tapıntılarını araşdırıb. Nəticədə elm adamlarına görə, erkən tunc dövründə yaşayan Avropalılar sözügedən əşyaların pul vahidi kimi təsnifatlandırılması məqsədilə onların forma və çəkisini müəyyən standartlara uyğunlaşdırmağa da nail olublar. Bu standartlaşdırma, yəni hər kəs üçün nəzərdə tutulan ölçü və dəyər pul vahidinin təməl xüsusiyyətini təşkil edir.
Qeyd edək ki, sözügedən araşdırma zamanı 100-dən çox arxeoloji qazıntı əsnasında əldə edilən 5 mindən çox əntiq əşya tətqiq edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!