Müəllif - Aida İsaq, Banco.az
Avropa ciddi enerji böhranı uzun illər davam edə bilər.
Banco.az xəbər verir ki, bu barədə “Əl-Eqtisadiya” nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, yanacağın qiyməti bahalaşır, iqtisadi vəziyyət pisləşir, alternativ enerji mənbələrinə keçid tamamlanmayıb. Ona görə də region qaz təchizatından asılı olduğu müddətdə Avropada enerji böhranı hələ uzun illər davam edə bilər. Eyni zamanda bildirilir ki, Avropa liderləri isti qış və alternativ təchizat mənbələrinin mövcudluğu sayəsində ən pis ssenaridən yayına bilib. Lakin mövcud vəziyyət Avropa ölkələrinə əlavə olaraq 400 milyard avroya başa gəlib və bu vəsait yanacağın alınmasına xərclənib. Bundan əlavə, qışda enerjisiz qalmaq qorxusu qaz istehlakının azalmasına səbəb olub və bir çox şirkətlər hasilatı optimallaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!