Avropada enerji böhranı artır - Hansı ölkə hansı tədbiri görür? | Banco.az

Avropada enerji böhranı artır - Hansı ölkə hansı tədbiri görür?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada enerji çaxnaşması artmaqdadır.

Banco.az xəbər verir ki, Rusiyanın qaz nəqlini dayandırmasından sonra bir-birinin ardınca yeni qənaət tədbirləri elan edən Avropa ölkələrində nəhəng fabriklər bağlanır, şirkətlər iflas edir. Hər ötən gün qeyri-adi tədbirlərin açıqlandığı ayrı-ayrı ölkələrdə vəziyyətin necə olduğuna gəlin birgə nəzər salaq.

Fransanın paytaxtı Paris şəhərində iş saatının yükununda ofis və mağazaların işıqları sönməyə başlayır. 

Paris Bələdiyyəsinin enerjiyə qənaət planı çərçivəsində qəbul edilən qərara əsasən, şəhərdə iş gününün yekununda ofis və dükanların işıqları mütləq söndürülməlidir. Qərar sözügedən müəssisələrin vitrinlərindəki rəqəmsal ekranların və işıqlandırmaların söndürülməsini də ehtiva edir.

Qərara əməl etməyən müəssisələrin 750-1500 avro arasında cərimələnəcəyi bildirilir. Bundan əlavə, dekabrın 1-dən etibarən axşam saat 23.45-dən səhər saat 06.00-a kimi bələdiyyənin səlahiyyətində olan işıqlandırılmış reklam lövhələri də söndürüləcək. Parisin ən böyük ticarət mərkəzlərindən olan “Printemps Haussmann”n da işıqlarının söndürüldüyü müşahidə edilib.

İtaliya qızdırıcıların istifadəsinə məhdudiyyət tətbiq edəcək

İtaliyanın Ekoloji Transformasiya Naziri Roberto Cinqolani 2022-2023-cü illərin qış mövsümündə enerjiyə qənaət etmək məqsədi ilə bölgələrə görə təbii qazla isinmədə vaxt məhdudiyyətləri tətbiq edən fərman imzalayıb.

Havanın temperaturu nəzərə alınaraq ölkə cənubdan şimala doğru 6 iqlim qurşağına bölünmüş, qızdırıcıların açıla biləcəyi tarix diapazonları və gündəlik iş saatları müəyyən edilmişdir.

Bundan əlavə, evlər və ictimai binalar maksimum 19 dərəcəyə, müəssisə və sənaye obyektləri isə maksimum 17 dərəcəyə qədər qızdırılacaq, lakin havanın kəskin soyuması halında 2 dərəcə əlavə haqqı olacaq.

İsveçrədə sürət həddinin 80 km-dən aşağı olması tövsiyə edilib

İsveçrənin müxalif Yaşıllar Partiyasının sədri Baltasar Qlattli bəyan edib ki, ölkə daxilində enerji istehlakını azaltmaq üçün magistral yollarda sürət həddi azaldılmalıdır.

Yunanıstanda işıqlar söndürülür

Ən sərfəli kredit üçün müraciət et

Yunanıstanda enerji böhranı ilə mübarizə məqsədilə tətbiq edilən qənaət tədbirləri çərçivəsində paytaxt Afinada şəhər bələdiyyə binasının işıqlandırılması məhdudlaşdırılıb.

Afinadakı arxeoloji ərazilərdə də işıqlandırma məhdudiyyəti olacaq. Mövcud işıqlandırma sistemləri isə LED-lərin istifadəsi ilə elektrik enerjisinə qənaət edəcək.

Almaniya da işıqları söndürür

Almaniyada Rusiyadan idxal olunan qazdan asılılığı azaltmaq və enerjiyə qənaət etmək məqsədilə yerli vaxtla saat 22:00-dan etibarən ictimai binaların, heykəllərin, abidələrin və lövhələrin işıqları söndürülməyə başlanılıb.

Bundan əlavə, xəstəxanalardan başqa heç bir ictimai bina 19 dərəcədən yuxarı qızdırılmayacaq.

Yarmarkalar və böyük zallar kimi insanların sıx olduğu yerlər isə ümumiyyətlə qızdırılmaya bilər.

İtaliyada elektrik enerjisini şam işığı ilə əvəz ediblər

İtaliyanın bəzi restoranlarında elektrik enerjisi ödənişinin artması səbəbindən işıqları söndürməyə və şam yandırmağa başlayıblar.

Belçikada da çoxsaylı tədbirlər görülür

Belçika hökuməti artan elektrik enerjisi ödənişlərinə görə yanacağa, elektrik enerjisinə və təbii qaza daha aşağı vergi tətbiqinin müddətini uzatmağa, ictimai binalarda enerjiyə qənaət etməyə, yüksək gəlirli energetika şirkətlərini vergiyə cəlb etməyə, atom elektrik stansiyalarının istismar müddətini artırmağa qərar verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et