2025-ci ilin mart ayında ən yüksək illik inflyasiya Rumıniyada qeydə alınıb və bu rəqəm 5,1 faiz təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Eurostat məlumat yayıb.
Yüksək inflyasiyaya malik digər iki Aİ üzvü Macarıstan (4,8 faiz) və Polşa (4,4 faiz) olub. Ən aşağı göstəricilər Fransa (0,9 faiz), Danimarka (1,4 faiz) və Lüksemburqda(1,5 faiz) qeydə alınıb .
Avrozonada illik inflyasiya yazın ilk ayında 2,2 faizə çatıb. Fevralda 2,3 faiz, bir il əvvəl isə 2,4 faiz idi. Avropa İttifaqında illik inflyasiya 2,5 faiz səviyyəsində təxmin edilirdi. Qışın sonunda bu, 2,7 faiz təşkil edib.
Martın ikinci yarısında Eurostat birlik ölkələrində ən aşağı inflyasiyanın Fransa, İrlandiya və Finlandiy , Macarıstan, Rumıniya və Estoniyada isə ən yüksək göstəricilərə çatdığını bildirib.
Məlumata görə, Aİ-də inflyasiya ticarətin parçalanması və yüksək müdafiə xərcləri səbəbindən sürətlə artmağa başlaya bilər.