Avropada elektrik enerjisinin qiyməti rekord vurdu | Banco.az

Avropada elektrik enerjisinin qiyməti rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Avropada elektrik enerjisinin qiyməti rekord həddə çatıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropa elektrik enerjisi üzrə qiymət indeksi hesab edilən Almaniya-Avstriya elektrik enerjisi qiymətləri təbii qaz və karbon emissiyası qiymətlərinin artmasından sonra 2008-ci ilin maliyyə böhranı zamanı müşahidə edilən səviyyəni geridə qoyaraq yeni anti-rekorda imza atıb.

Pandemiyanın çətin dövrlərinin geridə qalmasından sonra qlobal enerji tələbindəki artım və təbii qaz bazarında yaşanılan tədarük problemi elektrik enerjisinin istehsalı üzrə xərclərin çoxalmasına səbəb olub. 

Qeyd edək ki, qızmar havalar və küləyin sürətinin zəifləməsi də, öz növbəsində alternativ enerji istehsalını məhdudlaşdırdığı üçün kömürün qiymətində də bu il 80% artım müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et