Avropada elektrik avtomobillərinin satışı azalıb | Banco.az

Avropada elektrik avtomobillərinin satışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada elektrik avtomobillərinin satışında azalma müşahidə olunub.

Banco.az xəbər verir ki, may ayında Avropa İttifaqı (Aİ) ölkələrində avtomobil satışları ötən ilin eyni ayı ilə müqayisədə 3 faiz azalıb.

Elektromobil satışlarında isə 12 faizlik azalma ilə daha kəskin geriləmə qeydə alınıb ki, bu baxımdan əsas azalma Almaniyanın payına düşüb.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, Avropanın ən böyük elektrik avtomobili (EV) bazarı olan Almaniyada subsidiyaların sona çatdığı dekabr ayından bəri 16 faiz azalma müşahidə edilib.

Aİ, İngiltərə və Avropa Azad Ticarət İttifaqından (EFTA) ibarət ümumi bazara baxıldıqda isə görürük ki, avtomobil satışları may ayında 2,6 faiz azalıb.

Avropada elektriklə işləyən avtomobillərə tələb bir neçə ildir yaşanan güclü yüksəlişdən sonra son aylarda azalıb. Münasib qiymətə avtomobillərin istehsalı üçün isə səylər sürətlənib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Avropa Komissiyası ötən həftə yerli avtomobil istehsalçılarını ucuz elektrik avtomobil idxalından qorumaq üçün gələn aydan etibarən Çindən idxal edilən elektrik avtomobillərinə 21 faizdən 38,1 faizə qədər gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et