Avropada elektrik avtomobillərinin satışı artıb | Banco.az

Avropada elektrik avtomobillərinin satışı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqında (Aİ) ötən il elektrik avtomobillərinin ümumi bazar payı 12,1%-ə çatıb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2022-ci ildə yanacaq növlərinə görə Aİ ölkələrində yeni avtomobil satış məlumatlarını dərc edib.

Buradan bəlli olub ki, keçən il Aİ ölkələrində satılan avtomobillərin 36,4 faizi benzin, 22,6 faizi hibrid, 16,4 faizi dizel, 12,1 faizi tam elektrikli (BEV), 9,4 faizi plug-in hibrid (PHEV), 2,8 faizi digər yanacaq növləri və 0,2 faizi təbii qaz mühərrikli avtomobillər təşkil edib.

Beləliklə, sözügedən dövrdə Aİ ölkələrində elektrik və müxtəlif hibrid avtomobillərin ümumi bazar payı 44,1 faizə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2022-ci ildə əvvəlki ilə görə elektromobil satışları 28 faiz artaraq 1 milyon 123 min 778, hibrid avtomobili üzrə satışlar 8,6 faiz artaraq 2 milyon 89 min 653, plug-in hibrid avtomobil satışları isə 1,2 faiz artaraq 874 min 182 olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et