Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Qırmızı dənizdə vəziyyətin pisləşməsi ilə əlaqədar Süveyş kanalı ilə daşımaların dayandırılması beynəlxalq dəniz logistikasının işini çətinləşdirib.
Banco.az-ın məlumatına görə, husilərin bu marşrutla hərəkət edən ticarət gəmilərinə raket hücumları sığorta və yük daşıma xərclərinin artmasına səbəb ola bilər.
Ekspertlərin qənaətinə görə, dünyadakı istehlakçıların da maliyyə zərbəsini hiss etmələri qaçılmazdır. Çünki idxal mallarının qiyməti bahalaşacaq.
Proqnozlara görə, Rusiyada çay, qəhvə və məişət texnikasının qiymətlərinin 10-15% artacağı gözlənilir.
Avropada da vəziyyət yaxşı deyil. Elektrik avtomobil istehsalçısı Tesla komponent çatışmazlığı səbəbindən Almaniyanın Berlin-Brandenburq “giqafabrikasında” işlərini dayandırmağa məcbur olub.
İsveç Volvo-nun Belçikadakı bir neçə fabrikinin bağlandığını elan edib.
Böyük Britaniya pərakəndə satış şirkəti - Tesco, Marks & Spencer və Next - tədarük olunan malların qiymətlərinin qaçılmaz artımı barədə xəbərdarlıq edib. ABŞ, Almaniya, Danimarka və Yaponiya da daxil olmaqla, nəqliyyat şirkətləri də təhlükəli marşrutlar üzrə yüklərin daşınması üçün əlavə ödəniş tələb edib.
Bizi sosial şəbəkələrdən izləyin!!