Müəllif - Aida İsaq, Banco.az
Aprel ayında Avropada yeni avtomobil satışları artıb.
Banco.az xəbər verir ki, müvafiq ayda 16,1 faiz artımın qeydə alındığı Avropa Birliyi, İngiltərə və EFTA bölgəsinin daxil olduğu Avropada 964 min 932 avtomobil satışı həyata keçirilib. Belə ki, aprel ayında Aİ-də avtomobil satışları 17,2% artıb. Elektrikli avtomobillərin bazar payı isə 9,1 faizdən 11,8 faizə yüksəlib.
Yanvar-aprel dövründə Avropa İttifaqında 17,8 faiz artımla 3,5 milyon avtomobil satılıb. Bununla yanaşı, satışlar hələ də 2019-cu il dövründən 22,8 faiz aşağıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!