Avropada avtomobil satışı ötən ay da artıb | Banco.az

Avropada avtomobil satışı ötən ay da artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada avtomobil satışlarının artım tempi dördüncü ayında da davam edib.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, regionda yeni avtomobil qeydiyyatı ötən ay 17 faiz artaraq 1 milyonu keçib. Bununla belə, ümumi satı həcmi ötən ilin ilk 11 ayı ilə müqayisədə aşağı qalıb.

Təchizat çatışmazlığının azalması son aylarda tədarükün artmasında mühüm rol oynayıb.

Ekspertlərə görə, sənayenin hələ pandemiyadan əvvəlki səviyyələrə qayıtması gözlənilmir və üçüncü ili də azalma ilə başa vura bilər.

Qeyd edək ki, noyabrda yeni nəqliyyat vasitələrinin qeydiyyatı Böyük Britaniyada 24 faiz, Almaniyada 31 faiz İtaliyada isə 15 faiz artıb. Keçən illə müqayisədə satışlarda ən böyük artım 37 faizlə alman avtomobil istehsalçısı “Volkswagen”in payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et