Avropa və Amerikada təbii qazın qiyməti arasındakı fərq rekord vurdu | Banco.az

Avropa və Amerikada təbii qazın qiyməti arasındakı fərq rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Avropadakı təbii qazın qiyməti ilə Amerikadakı qiymət arasındakı fərq 40 dollara yüksələrək rekord vurub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Hollandiya birjalarında ticarət edilən qaz fyuçerslərinin etalon qiyməti hazırda ABŞ-dakı təbii qaz qiymətlərindən hər bir milyon ingilis istilik vahidi (MMBTU) başına təqribən 40 dollar bahadır.

Avropa və Amerikada təbii qaz qiymətləri arasındakı fərq heç vaxt bu səviyyəyə çatmamışdı. Sözügedən fərqin əsas səbəbi isə Avropadakı ehtiyatların qış aylarına görə daha aşağı səviyyələrdə olması və geosiyasi gərginliyin artması hesab edilir.

Xatırladaq ki, investorların əsas diqqətinin Rusiyanın Ukrayna ilə sərhəddəki hərbi qüvvələri artırmasına yönəldiyi bir vaxtda Bayden tərəfindən vəd edilən sanksiya ilə "Şimal Axını 2" layihəsi çərçivəsində qaz nəqlinin təxirə salınma ehtimalı ilə bağlı narahatlıqlar Avropada təbii qazın qiymətinin artmasına səbəb olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram