Müəllif - Aida İsaq, Banco.az
Avropa şirkətlərinin müəyyən iqtisadi qaydaları özündə əks etdirən tənzimləməyə ehtiyacı var.
Banco.az xəbər verir ki, bunu Macarıstanın xarici və iqtisadi əlaqələr naziri Peter Szijjarto bildirib. Onun sözlərinə görə, Amerika tərəfi Avropa bizneslərinə qarşı açıq-aşkar mənfi ayrı-seçkilik yaradan qanunun inflyasiyanı azaldan tədbirləri ilə bağlı heç bir addım atmayıb. Nazir bunun Amerika müəssisələrinin Avropa qurumları ilə müqayisədə üstünlük əldə etməsi üçün məqsədyönlü şəkildə edildiyini bildirib.
O, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Vaşinqtona gedərək müvafiq qanuna yenidən baxılması məsələsinə ümidsiz yanaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!