Avropa Rusiya qazından asılılığı 8%-ə endirib | Banco.az

Avropa Rusiya qazından asılılığı 8%-ə endirib

Müəllif - Aida İsaq, Banco.az

Avropa Rusiya qazından asılılığını 2022-ci ilin əvvəlindəki 40%-dən 8%-ə endirib. 

Banco.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Anne-Kler Legendre bildirib. Onun sözlərinə görə, bu, geri dönməz prosesdir. Çünkü, Avropanın enerji balansının strukturlaşması istiqamətində dərin strateji dəyişikliklər olduqca əhəmiyyətli məsələdir.

O , 2022-ci ildə Rusiyanın enerji resurslarının satışından 50 milyard gəlir itirdiyini vurğulayıb.

Daha öncə, sənayedən qaza tələbat, digər Avropa İttifaqı (Aİ) ölkələrindən daha əhəmiyyətli dərəcədə, 2019-2021-ci illərin orta göstəriciləri ilə müqayisədə 2022-ci ildə Almaniya və Macarıstanda müvafiq olaraq 21% və 47% azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram