Avropa Rusiya neftinə qiymət limitinin tətbiqi üzərində işləyir | Banco.az

Avropa Rusiya neftinə qiymət limitinin tətbiqi üzərində işləyir

Müəllif - Aida İsaq. Banco.az

Avropa İttifaqı Rusiya neftinə qiymət limitinin tətbiqi üzərində işləməyə hazırdır. Banco.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen qeyd edib. O, bildirib ki, təkcə hərbi əməliyyatlara dəstək verən maliyyə mənbələrini məhdudlaşdırmaq kifayət deyil. Eyni zamanda dəstəyə ehtiyacı olan ölkələr üçün məqbul qiymət səviyyəsinə nail olmaq da vacibdir. U. Leyen hazırda qiymət səviyyəsi ilə bağlı konkret qərarın olmadığını qeyd edib.

Xatırladq ki, Aİ-nin Rusiya neftinin dəniz yolu ilə idxalına tətbiq etdiyi embarqo dekabrın 5-dən qüvvəyə minir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et