Avropa Parlamenti süni intellektə sərt qaydalar tətbiq edəcək | Banco.az

Avropa Parlamenti süni intellektə sərt qaydalar tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Parlamenti (AP) süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Avropa Parlamenti (AP) komitələri “ChatGPT” kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanunun əhatə dairəsini müəyyənləşdiriblər.

Strasburqda keçirilən AP Daxili Bazar və Vətəndaş Azadlıqları Komitələrinin iclasında Avropada süni intellektlə bağlı ilk qaydaları ehtiva edən qanunun hazırlıqları müzakirə edilib.

Komitə üzvləri İttifaqa üzv ölkələrlə süni intellekt qanununa dair keçiriləcək danışıqlarda AP-nin mövqeyini müəyyənləşdirən danışıqlar mandatı layihəsini səs çoxluğu ilə qəbul ediblər.

Qanun layihəsinə görə, süni intellekt sistemləri insan tərəfindən idarə olunmalı, ayrıseçkiliyə yol verilməyən, təhlükəsiz, şəffaf, izlənilə bilən və ətraf mühitə uyğun olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, süni intellekt ümumi bir anlayışla xarakterizə ediləcək. Süni intellektə riskə əsaslanan yanaşma tətbiq olunacaq. Qaydalar süni intellektin yarada biləcəyi risk səviyyəsindən asılı olaraq dəyişəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et