Avropa Parlamenti maaşlarda gender bərabərsizliyini aradan qaldıracaq yeni qaydalar qəbul edib | Banco.az

Avropa Parlamenti maaşlarda gender bərabərsizliyini aradan qaldıracaq yeni qaydalar qəbul edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrində kişi və qadın işçilər arasında əmək haqqı fərqini aradan qaldıracaq yeni qaydalar qəbul edib.

Banco.az xəbər verir ki, Avropa Parlamentinin (AP) Brüsseldə keçirilən plenar iclasında kişi və qadın işçilərə “bərabər iş üçün bərabər maaş” verilməsini təmin edən yeni qaydaları ehtiva edən tənzimləmə səs çoxluğu ilə qəbul edilib.

Yeni qaydalar işçilərin maaşlarının müqayisəsini asanlaşdıracaq. Şirkətlər isə gender maaş boşluqlarını aşkar edən məlumatları açıqlamalı olacaqlar.

İşçilərin öz iş kateqoriyası üzrə əmək haqqı haqqında məlumat almaq hüququ olacaq, əmək haqqı ilə bağlı məxfilik isə qadağan ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Eyni işi görən kişi və qadınlar üçün bərabər əmək haqqı prinsipi məcburi tədbirlərlə gücləndiriləcəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et