Avropa ölkələri Ukraynaya dəstək verəcək | Banco.az

Avropa ölkələri Ukraynaya dəstək verəcək

Müəllif - Aida İsaq, Banco.az

İslandiya, Norveç, Latviya, Litva, Estoniya, Finlandiya və İsveçin XİN nümayəndələri Ukraynaya qış mövsümində dəstək olacaqlarını bildirib. Bu barədə Kiyevdə keçirilən görüşün yekunlarına dair açıqlanan birgə bəyanatda qeyd olunub.

Banco.az xəbər verir ki, onlar həmçinin ölkənin enerji infrastrukturunun bərpasına kömək etməyə hazır olduqlarını vurğulayıblar. Eyni zamanda xarici işlər nazirləri taxılçılıq təşəbbüsünün genişləndirilməsi, kibertəhlükəsizlik və rəqəmsallaşma sahəsində əməkdaşlığın gücləndirilməsi fikrini dəstəkləyiblər.

Bundan başqa, nazirlər sanksiyaların gücləndirilməsində həmfikir olduqlarını qeyd edərək Rusiya vətəndaşlarına Avropa İttifaqına (Aİ) daxil olmaq üçün vizaların verilməsini məhdudlaşdırmağın vacibliyini vurğulayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram