Müəllif - Aida İsaq, Banco.az
2022-ci ilin sonunda Avropa ölkələri Rusiyadan gələn qazın bir hissəsini uğurla əvəz edib.
Banco.az xəbər verir ki, regionda digər ölkələrdən mayeləşdirilmiş təbii qaz (LNG) idxalı rekord həddə çatıb. Bu barədə analitik Sergey Kapitonov bildirib.
Onun sözlərinə görə, Avropa 80 milyard kubmetrə yaxın təbii qazı əvəz etməyə nail olub. Ümumilikdə, ötən il dünya bazarları təqribən 125 milyon ton LNG tədarükünü reallaşdırıb. Bu isə təxminən 170 milyard kubmetr təbii qaza bərabərdir. Sergey Kapitonov eyni zamanda ABŞ zavodlarının demək olar ki, Avropa üçün fəaliyyət göstərdiyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!