Avropa ölkələri pensiya yaşını artırırlar | Banco.az

Avropa ölkələri pensiya yaşını artırırlar

Almaniya Federal Bankı (Bundesbank) vətəndaşların pensiya yaşını 69,3 yaşına qaldırmağı təklif edib.

Rusiya mətbuatı xəbər verir ki, əgər təşəbbüs qəbul edilsə, dəyişikliklər 2001-ci ildə anadan olan ölkə vətəndaşlarına şamil ediləcək. Pensiya yaşının 2070-ci ilə qədər qaldırılması təklif olunur.

Qeyd edək ki, Avropa ölkələri pensiya yaşlarını durmadan artırırlar. Hazırda Almaniyada bu 65 yaş 7 aydır və 2029-cu ilə bu 67 yaşa qədər çatdırılacaq.

Danimarka hakimiyyəti də pensiya yaşını yuxarı qaldırır. Belə ki, növbəti on ildə krallıq vətəndaşları 65 deyil, 67 yaşında təqaüdə çıxacaqlar. 

Ən sərfəli kredit üçün müraciət et

2035-ci ilə qədər isə Danimarkada pensiya yaşı 72-yə çata bilər. Bundan əvvəl, yerli vətəndaşların erkən təqaüdə çıxma yaşı 60-dan 66 yaşa qədər artırılıb.

Kişilərin 67, qadınların isə 64 yaşında təqaüdə çıxdığı Norveçdə 2030-cu ilə qədər eyni sistem tətbiq ediləcək. Belə ki, cinsindən asılı olmayaraq ölkə vətəndaşları 67 yaşında pensiyaya çıxacaq. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et