Avropa Mərkəzi Bankının uçot dərəcəsi bəlli olub | Banco.az

Avropa Mərkəzi Bankının uçot dərəcəsi bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, ECB bazar proqnozlarına uyğun olaraq uçot dərəcəsini 25 baza bəndi artırıb.

Bankın bəyanatında yenidən maliyyələşdirmə dərəcəsinin 3,75 faizə, depozit dərəcəsinin 3,25 faizə, marjinal maliyyələşdirmə dərəcəsinin isə 4 faizə çatdırıldığı qeyd edilib.

ECB uçot dərəcəsini ötən ilin iyul ayında 50 baza bəndi, sentyabr və oktyabr aylarının hər birində 75 baza bəndi, dekabrında isə 50 baza bəndi artırmışdı. Bu ilin yanvar və mart aylarında da 50 baza bənd artım qərarı verilmişdi. 

Qeyd edək ki, mərkəzi bankın sədri Kristin Laqard açıqlamasında sərtləşdirilmiş pul siyasətinin regionda 2 faizlik inflyasiya hədəfinə çatana qədər davam edəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et