Avropa Mərkəzi Bankının ötən ilki mənfəəti AÇIQLANDI | Banco.az

Avropa Mərkəzi Bankının ötən ilki mənfəəti AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı ötən il 1.64 milyard dollar qazanc əldə edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropa Mərkəzi Bankının 2020-ci il üzrə əldə etdiyi qazanc aşağı faiz gəlirlərinin təsirindən əvvəlki ilə nəzərən 722 milyon avro azalaraq tərqibən 1.64 milyard avroya geriləyib.

AMB-dən edilən açıqlamaya görə, bankın ümumi balans həcmi ötən il əvvəlki ilə nəzərən 112 milyard avro artaraq 569 milyard avroya çatıb. Bankın sözügedən dövr üzrə xalis gəliri isə 722 milyon avro azalmaqla 1 milyard 643 milyon avro təşkil edib.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının bu ilki mənfəəti Avro zonadakı mərkəzi banklar arasında bölüşdürüləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et