Avropa Mərkəzi Bankı növbəti iclasda uçot dərəcəsini 50 baza bəndi artıracaq | Banco.az

Avropa Mərkəzi Bankı növbəti iclasda uçot dərəcəsini 50 baza bəndi artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kristin Laqard martın 16-da keçiriləcək iclasda bankın uçot dərəcəsini 50 baza bəndi artırmağa hazırlaşdığını açıqlayıb.

Banco.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard bankın faiz qərarı ilə bağlı fikirlərini bölüşüb.

“Çox güman ki, faizləri 50 baza bəndi artıracağıq. Bu, sonuncu iclasda razılaşdığımız qərar idi və son günlərdə elan olunan bütün göstəricilər təsdiqləyir ki, bu ölçüdə faiz artımı istisna edilmir.”

Qeyd edək ki, Laqardın sözləri təsdiqini taparsa, ECB-nin iyul ayından bu yana həyata keçirdiyi faiz artımlarının ümumi həcmi 350 baza bəndinə çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et