Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) monetar sərtləşdirməni dayandırmayıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrini 25 baza bəndi artırmağa dair qərar verib.

Mərkəzi Bank əmanət faizini 4 faizə, uçot dərəcəsini 4,50 faizə, overnayt kreditləşmə faizini isə 4,75 faizə qaldırıb. Beləliklə, depozit faizləri iqtisadçıların Avrozonada bu günə qədər ən aqressiv monetar sərtləşdirmə dövrünün zirvəsi kimi proqnozlaşdırdıqları səviyyəyə çatıb.

Qeyd edək ki, iqtisadçıların faiz dərəcələrinin sabit saxlanılacağını proqnozlaşdırmışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et