Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı | Banco.az

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Avropa Mərkəzi Bankı faizləri dəyişdirmədi

Avropa Mərkəzi Bankı (ECB) Aprel iclasında faiz nisbətlərində dəyişikliyə getmədi. 

Bank pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0.40%-də və marginal maliyyələşmə faizini də 0.25%-də saxlayıb.  

Bankın açıqlamasında  2019-cu ilin sonuna qədər faizlərin mövcud səviyyələrdə qalacağının nəzərdə tutulduğu qeyd edilib.

AMB Mart toplantısında bazarı şifahi yönəltməsində dəyişiklik etmişdi. Belə ki, daha əvvəl "ən azı 2019-cu ilin yayına qədər faizlərin sabit qalacağı" açıqlamasını "ən azı 2019-cu il ərzində faizlərin sabit qalmasının nəzərdə tutulduğu" şəkildə dəyişdirmişdi. Bank yenə ötən ay bankları ucuz pul ilə təmin etmək məqsədilə TLTRO proqramı açıqlamışdı.

Marja