“Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam etməlidir” | Banco.az

“Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam etməlidir”

Müəllif - Aida İsaq, Banco.az

Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam etməlidir.

Banco.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının üzvü və Finlandiya Bankının prezidenti Olli Rehn bildirib. O, tənzimləyici qurumun növbəti qərarının son iqtisadi vəziyyətdən asılı olduğunu xatırladaraq, faiz artımında ardıcıl hərəkət etməyin vacibliyini vurğulayıb.

Olli Rehn həmçinin qeyd edib ki, əsas inflyasiyanın davamlı enişi üçün faiz dərəcəsini kifayət qədər uzun müddət ərzində ən yüksək həddə saxlamaq lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram