Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam edəcək | Banco.az

Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini artırmağa davam edəcək.

Banco.az xəbər verir ki, növbəti ildə regionun valyuta tənzimləyicisi analoji pul siyasətini həyata keçirməyə davam edəcək. Bu barədə bankın rəhbərlər şurasının üzvü Klaas Knot bildirib. Onun sözlərinə görə 2023-cü ilin iyul ayına qədər rəhbərlər şurasının daha beş iclası olacaq. İclasların hər birində dərəcələrin 0,5% artırılması gözlənilir. O, eyni zamanda AMB üçün 2023-cü ildə əsas problem artımı hansı səviyyədə məhdudlaşdırmaqla bağlı olacağını bildirib.

Qeyd edək ki, cari ilin on ayının nəticələrinə görə, enerji böhranının güclənməsi fonunda Avro zonasında inflyasiya səviyyəsi 10,6%-ə çatıb. AMB-nin faiz dərəcələrini artırması ilk növbədə regionda qiymət artımını məhdudlaşdırmaq məqsədi daşıyır.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram