Avropa Komissiyası yeni maliyyə yardımı ayırıb | Banco.az

Avropa Komissiyası yeni maliyyə yardımı ayırıb

Müəllif - Aida İsaq, Banco.az

Avropa Komissiyası 2023-cü il üçün makromaliyyə yardımı çərçivəsində Kiyevə 1,5 milyard avroluq yeni tranş ayırıb.

Banco.az xəbər verir ki, Avropa Komissiyası Ukraynaya 18 milyard avroya qədər olan makro-maliyyə yardım paketinin bir hissəsi olaraq 1,5 milyard avro məbləğində dördüncü ödənişi həyata keçirib.

Qeyd edək ki, daha öncə Avropa Komissiyası sursat istehsalını 1,5 milyard avro həcmində artırmaq məqsədi daşıyan plan təqdim edib. Avropa İttifaqının büdcəsindən 500 milyon avro, Avropa Sülh Proqramından isə 1 milyard avro ayrılması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram