Avropa Komissiyası dollardan imtinaya çağırıb | Banco.az

Avropa Komissiyası dollardan imtinaya çağırıb

Avropa Komissiyası iqtisadiyyatın strateji sektorlarında avrodan daha aktiv istifadə edilməsinə dair çağırış edib.

Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Məlumatda bildirilir ki, Avropa biznesi əsas strateji bazarlarda, hətta tez-tez öz aralarında hələ də ABŞ dolları ilə ticarət edir.

"Bu, bazarları siyasi və valyuta risklərinə məruz qoyur və onları birtərəfli qərarlardan asılı vəziyyətə salır. Bu isə dollarla bağlanmış sazişlərə birbaşa təsir edir", - deyə vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla əlaqədar Avropa Komissiyası bu gün beynəlxalq enerji sazişlərində və tranzaksiylarında avronun daha geniş istifadəsini təşviq edilməsi üzrə tövsiyə qəbul edib.

AB ölkələrinin liderlərinə dekabr ayında avroun beynəlxalq rolunu müzakirə etmək təklif edilib.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et