Avropa İttifaqı viza rejiminin sadələşdirilməsini dayandırıb | Banco.az

Avropa İttifaqı viza rejiminin sadələşdirilməsini dayandırıb

Tamara mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borelin verdiyi məlumata görə, Aİ ölkələri Rusiya ilə daha əvvəl imzalanmış və hələ də qüvvədə olan viza rejiminin sadələşdirilməsi sazişinin birdəfəlik dayandırılması ilə bağlı razılığa gəliblər. Qərara əsasən, bəzi pasportlar tanınmayacaq, milyonlarla pasport yoxlanışdan keçiriləcək.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiya ilə 2007-ci ildə imzalanmış viza rejiminin sadələşdirilməsi sazişini dayandıracağını açıqlayıb.

Aİ ölkələrinin xarici işlər nazirləri Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi iclasda Rusiya ilə viza məsələsini müzakirə edərək bəzi məsələlərdə siyasi konsensus əldə ediblər. İclasın yekununda Cosef Borelin etdiyi açıqlamaya görə, Aİ ölkələri Rusiya ilə daha əvvəl imzalanmış və hələ də qüvvədə olan viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Baltikyanı ölkələr, Polşa, Finlandiya və Çexiya kimi bəzi Aİ üzvləri Rusiya vətəndaşları üçün viza qadağasının tətbiq edilməsini istəyirdilər. Lakin bu təklifə Fransa, Almaniya, Yunanıstan və Cənubi Kipr kimi üzvlər qarşı çıxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et