Avropa İttifaqı vətəndaşlarının Azərbaycana səfər etməsinə razılıq verdi | Banco.az

Avropa İttifaqı vətəndaşlarının Azərbaycana səfər etməsinə razılıq verdi

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı səyahət siyahısını növbəti dəfə yeniləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropa Konqresindən edilən açıqlamaya görə, yeni növ koronavirus pandemiyası səbəbindən səyahət məhdudiyyətlərinin tətbiq edildiyi ölkələrin siyahısından 6 ölkə çıxarılaraq yeni biri əlavə edilib.

Sözügedən ölkələr Albaniya, Azərbaycan, Ermənistan, Bruney, Yaponiya və Serbiyadır. Siyahıya yenicə daxil edilmiş ölkə isə Uruqvay olub.

Beləliklə də, hazırda səyahət məhdudiyyətlərinin tətbiq edildiyi ölkələr - Avstraliya, Bosniya və Herseqovina, Kanada, İordaniya, Yeni Zelandiya, Qətər, Moldova, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Ukrayna və Uruqvaydır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin qeyd edilib ki, qarşılıqlı səyahət icazəsi veriləcəyi təqdirdə Çin ilə də sərhədlər açıq olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et