Avropa İttifaqı texnologiya nəhənglərinə daha sərt qaydalar tətbiq edəcək | Banco.az

Avropa İttifaqı texnologiya nəhənglərinə daha sərt qaydalar tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google”, “Twitter”, “Meta” və “Apple” şirkətləri Aİ-nin daha sərt qaydaları ilə üzləşəcəklər.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) onlayn platformaların aylıq istifadəçi sayına əsaslanan məzmun qaydalarını sərtləşdirib.

Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Aktı (DSA) kimi tanınan yeni qaydalar toplusu 45 milyondan çox istifadəçisi olan şirkətləri kütləvi onlayn platformalar kimi nəzərə alır və onları risklərin idarə edilməsi, kənar və müstəqil audit kimi öhdəliklərə tabe edir.

Bu qaydalar həmçinin məlumatların səlahiyyətlilər və tədqiqatçılarla bölüşdürülməsi və davranış kodeksinin qəbul edilməsi zərurətini ortaya qoyur.

Xatırladaq ki, Avropa Komissiyası onlayn platformalara və axtarış sistemlərinə aylıq aktiv istifadəçilərini açıqlamaq üçün fevralın 17-dək vaxt vermişdi. Yəni, çox böyük onlayn platformaların qaydalara riayət etmək və ya cərimələr riski ilə üzləşməsi üçün dörd ay vaxtı var idi.

“Twitter” son 45 günün hesablamalarına əsasən, Aİ-də orta hesabla 100,9 milyon aylıq istifadəçiyə malik olduğunu açıqlayıb.

“Meta” ötən həftənin əvvəlində Aİ-də “Facebook”da orta hesabla 255 milyon aylıq aktiv istifadəçisi və 2022-ci ilin son altı ayında “Instagram”da təxminən 250 milyon orta aylıq aktiv istifadəçisi olduğunu açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Yalnız “iPhone” smartfonları üçün yaradılan və aylıq 45 milyondan çox istifadəçisi olan “App Store”un çox böyük bir onlayn platforma kimi xarakterizə edildiyini bildirən “Apple” firması  eyni qaydaları “iPad”, “Mac” kompüterləri və “Apple Watch TV” üçün də tətbiq edəcəyini bildirib.

“Alphabet”in hesabatı isə belə olub:

Hesaba daxil olan istifadəçilərin orta aylıq sayı “Google Maps”də 278,6 milyon, “Google Play”də 274,6 milyon, “Google Search”də 332 milyon, Google Shopping”də 74,9 milyon və “YouTube”da isə 401,7 milyon nəfər təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et