Avropa İttifaqı smartfonlara vahid şarj portu tələbi gətirir | Banco.az

Avropa İttifaqı smartfonlara vahid şarj portu tələbi gətirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv dövlətlər 2024-cü ilə qədər satılan smartfon, planşet və kameralar kimi bütün elektron cihazlarda USB-C şarj portlarının istifadəsini məcburi edəcək qanuni tənzimləməni yekun şəkildə təsdiqləyiblər.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası müxtəlif elektronik cihazların USB-C, Micro USB və Lightning kimi fərqli şarj girişlərini standartlaşdırmaq və elektron tullantıları azaltmaq məqsədi daşıyan tənzimləmənin üzv dövlətlər tərəfindən təsdiqləndiyini açıqlayıb.

Təsdiq edilmiş reqlamentə əsasən, portativ elektron cihazlarda yeni standart şarj portu USB-C olacaq.

2024-cü ilin sonuna qədər bütün yeni smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqlıqlar, portativ video oyun konsolları, dinamiklər və klaviaturalarda USB-C şarj portları məcburi xarakter daşıyacaq.

Beləliklə, vahid şarj aləti müxtəlif elektron cihazlarda istifadə edilə biləcək, yeni cihaz alan zaman kabel və adapter almağa ehtiyac olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Hal-hazırda əksər "Android" cihazları USB-C portu ilə doldurulur. Odur ki, tənzimləmənin xüsusilə "Apple"a təsir edəcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən tənzimləmə genişlənərək 2026-cı ildə noutbuklara da şamil ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et