Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar paketi hazırlayır | Banco.az

Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar paketi hazırlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası Rusiyaya qarşı 12-ci sanksiya paketi təklifini çərşənbə günü üzv dövlətlərə təqdim etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ Cosep Borrell ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının yekununda Rusiya üçün hazırlanan yeni sanksiyalar paketi ilə bağlı açıqlama verib.

Məhdudlaşdırıcı tədbirlərin fərdi, iqtisadi və sektoral sanksiyaları əhatə etdiyini xatırladan Borrell, "12-ci sanksiya paketi üzərində işi tamamlamaq üzrəyik", deyə bildirib.

“12-ci paketə daha çox insanın siyahıya alınması, almaz ticarəti də daxil olmaqla yeni ixrac qadağaları, Rusiyanın neft gəlirlərini azaltmaq üçün neftə qiymət həddinin sərtləşdirilməsinə yönəlmiş tədbirlər və sanksiyalardan yayınma ilə mübarizə daxildir.”

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, yeni sanksiyaların qüvvəyə minməsi üçün üzv dövlətlərin razılığı tələb olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et