Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib | Banco.az

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılıq əldə ediblər.

Banco.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Bu barədə Ai-nin dövri sədri İsveçin rəsmi sosial media hesabından məlumat yayılıb.

“Bu gün Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər”, - məlumatda deyilir.

Qeyd edilib ki, paketə sanksiyalardan və sadalanacaq şəxslərdən yayınma hallarının qarşısının alınmasına yönəlmiş tədbirlər daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Yeni sanksiyalar paketinin bütün təfərrüatları isə hələ ki, yayımlanmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et